Şəhidin həyat yoldaşı pulu götürüb başqası ilə qaçdı – VİDEObackend

Şəhidin həyat yoldaşı pulu götürüb başqası ilə qaçdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən Müharibəsi şəhidi Aslanov Atəş Yusif oğlunun xanımı onun əsgərlik yoldaşı ilə qoşulub qaçıb. Bu iddia ilə şəhidin valideynləri videomüraciət yayıblar

NOCOMMENT xəbər verir ki, məlumat sosial şəbəkələrdə yayılıb. A.Aslanovun anası gəlininin 22 min manat “şəhid pulu”nu və nəvəsini götürərək yad kişi ilə qaçdığını söyləyib.

Şəhidin atası gəlininin oğlanla tanışlığından xəbərsiz olduğunu bildirib. Onun sözlərinə görə, həmin şəxs müharibədə Atəşlə bir yerdə döyüşüb.

“Xahiş edirik bizə uşağı qaytarmaqda köməklik edəsiniz. O, öz uşağı, öz ailəsi ola-ola, mənim gəlinimi götürüb aparıb”, – deyə ata vurğulayıb

Hadisənin şəhidin qırxı çıxandan bir ay sonra baş verdiyi söylənilir.

Qeyd edək ki, Atəş Aslanov 1993-cü il aprelin 1-də Tovuzun Məşədivəlilər kəndində doğulub. 2020-ci il oktyabrın 27-də Füzuli rayonunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Prezidentinin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib.