Şəhidin qardaşının kredit borcları bağlandıbackend

Şəhidin qardaşının kredit borcları bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin sentyabr döyüşlərində şəhid olan gizir Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun adına olan kredit borcları bağlanıb.

Bu barədə NOCOMMENT-ə YAŞAT Fondundan məlumat verilib.

Bildirilib ki, Sənan Əhmədovun adına olan 2 fərqli kredit ödənilib: ““SOS” uşaq kəndində böyüyən şəhidimiz Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun YAŞAT Fonduna daxil olan müraciətinə əsasən, 2022-ci ilin 10 oktyabr tarixində banklardan birinə olan 3 891.32 manat dəyərində borcu fond tərəfindən qarşılanıb. Fondun təşəbbüsü əsasında mağazalardan birinə olan 465.99 manat borcu isə adıçəkilən müəssisə tərəfindən tam şəkildə bağlanıb”.

Qeyd edək ki, Sənan Əhmədov ölümündən əvvəl qardaşının orduda xidmət yerini dəyişmək üçün ondan rüşvət istənilməsi haqda iddiası, daha sonra isə şəhid qardaşı kimi ona dövlət tərəfindən mənzil verilməməsi məsələsi ilə gündəmə gəlmişdi.