Şəhidlər xiyabanı yaxınlığındakı gecə klubu bağlandıbackend

Şəhidlər xiyabanı yaxınlığındakı gecə klubu bağlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Keşlə qəsəbəsinin sakinləri Şəhidlər xiyabanı yaxınlığında gecə klubunun fəaliyyət göstərməsinə etiraz ediblər.

NOCOMMENT xəbər verir ki, ərazidə sakinlərlə klub rəhbərliyi arasında anlaşılmazlıq yaranıb, işə polis qarışıb.

DİN-in İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Elşad Hacıyev deyib ki, məsələyə hüquqi qiymət veriləcək.

Məsələ ilə bağlı “ARB TV”yə açıqlama verən yerli sakinlər bildiriblər ki, gecə klubunun belə bir yerdə faəliyət göstərməsi həm şəhidlərin ruhuna, həm də ətrafda yaşayan şəxslərə qarşı hörmətsizlik idi.

Gecə klubunun əməkdaşlarından biri isə deyib ki, obyekti bağlayıb, şəhərin başqa yerinə köçəcəklər.