Şəhidlərimizdən 5-i futbolçu imişbackend

Şəhidlərimizdən 5-i futbolçu imiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan 5 hərbi qulluqçumuz futbolçu olub.

NOCOMMENT.az xəbər verir ki, Qədim Xəlilov, Elvin Abdullayev, İbrahim Həsənov, Nicat Qarazadə və Elmir Hüseynov müxtəlif vaxtlarda AFFA-nın təşkil etdiyi liqaların və turnirlərin iştirakçısı olublar.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.