Şəhidlərin qırxı çıxmamış toy edən məşhur iş adamı kimdir – FOTO/VİDEObackend

Şəhidlərin qırxı çıxmamış toy edən məşhur iş adamı kimdir – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Azərbaycanda tətbiq olunan karantin rejimi ilə əlaqədar qoyulan qadağalara baxmayaraq, bir neçə toy məclisinin keçirilməsi ilə bağlı xəbər vermişdik.

NOCOMMENT.az xəbər verir ki, həmin toy məclislərindən birini “Şərurlu İsfəndiyar” kimi tanınan, məşhur tikinti maqnatı İsfəndiyar Axundov təşkil edibmiş. Dünən iş adamının qardaşı İmran Axundovun oğlu Məhəmməd Axundov ailə həyatı qurub.

Məlumata görə, toyda yalnız qohumlar və bəyin yaxın dostları iştirak edib. Dünən yayılan videogörüntülərin isə həmin toya aid olub-olmadığı dəqiq bilinmir. Görüntülərin Məhəmməd Axundovun toyuna aid olduğu ona görə iddia olunur ki, toy Şərurda baş tutub. Amma ailəni yaxından tanıyan şəxslərin dediyinə görə, M.Axundov dindardır və onun toyunda bu cür musiqinin olması inandırıcı deyil.

Bu gün Şərurda təşkil olunan toyla bağlı rəsmi məlumat da yayılıb. Məlumatda toy təşkilatçılarının saxlanıldığı qeyd olunsa da, toy sahibinin kimliyi açıqlanmayıb.

Daxili İşlər Nazirliyinin əməkdaşları paytaxt Bakıda toy məclisi keçirənləri də müəyyənləşdirib. Rəsmi məlumat yayıldıqdan sonra həmin görüntülərin kimin toyuna aid olduğu, eləcə də Axundovların toy məclisinin harada keçirildiyi məlum olacaq.

Qeyd edək ki, sözügedən görüntülər sosial şəbəkələrdə də ciddi etirazlarla qarşılanıb. Bu etirazlar isə təkcə karantin qaydalarının pozulması ilə bağlı deyil.

Etiraz edənlər toy sahiblərini daha çox şəhidlərimizin “qırx” mərasimlərinin çıxmasını gözləmədən şadyanalıq etdiklərinə görə tənqid ediblər.

tənqid ediblər.

BakuPost.az