Şəhidlərin xatirəsinə həsr olunan RƏSM SƏRGİSİ keçirilib – FOTObackend

Şəhidlərin xatirəsinə həsr olunan RƏSM SƏRGİSİ keçirilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neapol-Bakı Assosiasiyası və “Azərkitab”ın birgə təşkilatçılığı ilə gənc rəssam Həmidə Babayevanın şəhidlərin xatirəsinə həsr olunan əl işlərindən ibarət rəsm sərgisi keçirilib.

NOCOMMENT.az -ın məlumatına görə, sərgi “Azərkitab”ın nəzdində fəaliyyət göstərən “Əzim Əzimzadə” adına Qalareyada baş tutub. Sərgidə Şəhid ailələri, millət vəkili Vüqar Bayramov, “Neapol-Bakı” Assosiasiyasının prezidenti Cüzeppe Kaniliya və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə “Neapol-Bakı”Assosiasiyasının vitse-prezidenti Elnur Camalxanov açıb.

Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov təşkil olunan sərginin vacibliyini vurğulayıb.

Tədbir eyni zamanda “Zoom” proqramı vasitəsi ilə onlayn formatda təşkil olunub. Çıxış edən digər qonaqlar yaradıcı gəncin Vətən müharibəsi tarixini əbədiləşdirməsini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, tədbirdə müxtəlif beynəlxalq təşkilatlarda çalışan bir qrup vətənpərvər həmyerlimiz tərəfindən aztəminatlı şəhid və qazi ailələrinə, ehtiyacı olan insanlara davamlı dəstək məqsədilə ərzaq yardımları edilib. Yardım Amerika Birləşmiş Ştatlarında yaradılmış “FOR AZERBAIJAN” təşkilatının maliyyə dəstəyi ilə təşkilatın Azərbaycandakı portnyoru olan Miqrasiya Könüllüsü İctimai Birliyi tərəfindən edilib.

Sonda gənc rəssam Həmidə Babayevaya “Vətən müharibəsi şəhidlərinin” ailələrinə göstərdiyi diqqət və qayğıya görə “Azərkitab”ın və Neapol-Bakı Assosiasiyasının Fəxri fərmanları təqdim edilib. Eyni zamanda “Neapol-Bakı Assosiasiyasının Fəxri fərmanı “FOR AZERBAIJAN” Beynəlxalq təşkilatına və Miqrasiya Könüllüsü İctimai Birliyinə də təqdim olunub.