Səhiyyə Mərkəzinə yeni direktor təyin olunubbackend

Səhiyyə Mərkəzinə yeni direktor təyin olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Şəhər Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsə yeni direktor təyin olunub.

NOCOMMENT unikal.org-a istinadən xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Elçin Abdurahman oğlu Əmirov təyinat alıb. O, bu gün kollektivə təqdim edilib.

E.Əmirov bu təyinata qədər Şəki Rayon Mərkəzi Xəstəxanasının Baş həkimi vəzifəsində çalışıb.

Qeyd edək ki, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin keçmiş rəisi Nelli Veyisova tutduğu vəzifədən azad edilib.