Səhiyyə Nazirliyi Binəli Yıldırım və Şamil Ayrımın səhhətləri ilə bağlı məlumat yayıbbackend

Səhiyyə Nazirliyi Binəli Yıldırım və Şamil Ayrımın səhhətləri ilə bağlı məlumat yayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçinin yaxın saatlarda evə yazılacağı (xəstəxanadan buraxılacağı) gözlənilir.

Azərbaycan Səhiyyə Nazirliyindən NOCOMMENT-ə deyildiyinə görə, Mərkəzi Klinik Xəstəxanasından Səhiyyə Nazirliyinə verilən məlumata görə, onlar xəstəxanada mütamadi həkim nəzarəti altındadırlar, vəziyyətləri qənaətbəxşdir, həyatları üçün hər hansı bir təhlükə yoxdur.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində ölkəyə gəlmiş Binəli Yıldırım, mühafizəçisi və millər vəkili Şamil Ayrımın olduğu avtomobil Cəbrayıldan qayıdarkən döngədə idarəetməni itirərək qəzaya düşüb.