Səhiyyə Nazirliyi bu şəxslərə xəbərdarlıq edibbackend

Səhiyyə Nazirliyi bu şəxslərə xəbərdarlıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qaranlıqda kompüter, telefon və planşetlərə baxmaq yuxu hormonunun ifrazında problem yaradır”.

NOCOMMENT xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Nigar Həsənova deyib.

Onun sözlərinə görə, bu, uşaqlarda həmçinin boy hormonunun ifrazına mane olur: “Ümumiyyətlə, bu məsələ ilə bağlı tədqiqatlar aparılır. Uşaqlar qaranlıqda telefon, planşet istifadə etməməlidirlər”.

N.Həsənova onu da vurğulayıb ki, bəzi eynəklərin insanı kompüter şüasından qoruduğu elmi baxımdan təsdiqini tapmayıb: “Həmin eynəklərin 100 faiz qoruduğu barədə fakt yoxdur. Kompüter arxasında oturanlar mütləq gözlərini tez-tez qırpmalıdır və nəmləndirici damlalardan istifadə etməlidirlər”.