Səhiyyə Nazirliyində GÖZLƏNİLMƏZ TƏYİNATbackend

Səhiyyə Nazirliyində GÖZLƏNİLMƏZ TƏYİNAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev vəzifəsindən azad olunub.

Nazirlikdən NOCOMMENT-ə verilən məlumata görə, bununla bağlı Səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb.

C.İsayev öz ərizəsi əsasında vəzifədən azad edilib.

Digər əmrlə Təyyar Eyvazov Səhiyyə Nazirliyinin baş infeksionisti təyin olunub.

T.Eyvazov Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun yoluxucu xəstəliklər kafedrasının müdiri vəzifəsində çalışır.