Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdiriyyətinin Elmi-Tədqiqat Hematologiya və Transfüziologiya İnstitutunun inzibati binasında və Talassemiya Mərkəzində cari təmir (1 283 053 AZN) və Cəlilabad Rayonunun Göytəpə şəhərində 60 çarpayılıq xəstəxananın tikintisi və avadanlıqla təchizatı işlərinin davamı (II mərhələ) ilə əlaqədar (9 720 455 AZN) elan etdiyi tenderlər ləğv olunub.
NOCOMMENT.az pravda.az-a istinadən xəbər verir ki, müvafiq qərarları Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul edib.
Ləğvedilmə səbəbləri isə açıqlanmayıb.
Tenderlərin ümumi dəyəri 11 003 508 AZN olub.