Səhiyyə sektorunun “keşikçisi”: “TİİM” MMC iki ayda 3.8 milyonluq müqavilə – ARAŞDIRMAbackend

Səhiyyə sektorunun “keşikçisi”: “TİİM” MMC iki ayda 3.8 milyonluq müqavilə – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“TİİM” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) son dövrlərdə dövlət satınalmalarında, xüsusilə də səhiyyə müəssisələrinin mühafizəsi sahəsində əsas qaliblərdən birinə çevrilib.

NOCOMMENT.az xəbər verir ki, şirkət 2026-cı ilin cəmi iki ayı ərzində onlarla tibb müəssisəsi ilə irihəcmli müqavilələr bağlamağa nail olub.

Şirkətin qalib gəldiyi tenderlərin coğrafiyası Bakıdan tutmuş Qazax, Şəki və Lənkəran bölgələrinə qədər genişlənir. Əsasən Səhiyyə Nazirliyi və müxtəlif Tibb Mərkəzləri tərəfindən elan edilən “Mühafizə xidmətinin satınalınması” müsabiqələrində “TİİM” MMC rəqib tanımır.

NOCOMMENT.az bağlanmış bəzi müqavilələri təqdim edir:

Araşdırma zamanı məlum olur ki, şirkətin bağladığı bəzi müqavilələr məbləğinə görə digərlərindən kəskin fərqlənir. Həmin siyahını təqdim edirik:

Respublika Pediatriya Mərkəzi PHŞ: 314.900,12 AZN

Sabunçu Tibb Mərkəzi PHŞ: 159.801,58 AZN

Mərkəzi Neftçilər Xəstəxanası PHŞ: 156.900,42 AZN

Nərimanov Tibb Mərkəzi PHŞ: 130.870,12 AZN

Şəki Rayon Psixiatriya Xəstəxanası: 102.450,43 AZN

Qəbələ Rayon Mərkəzi Xəstəxanası PHŞ: 93.900,77 AZN

Tovuz Rayon Mərkəzi Xəstəxanası PHŞ: 93.900,69 AZN

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası PHŞ: 93.900,62 AZN

Ümumi statistika və şirkət haqqında

Siyahıda qeyd olunan 42 müqavilə üzrə aparılan hesablamalara görə, “TİİM” MMC-nin son iki ayda qazandığı tenderlərin ümumi məbləği:

Qazanılan  ümumi məbləğ  3.864.132,60 AZN (Üç milyon səkkiz yüz atmış dörd min yüz otuz iki manat, altmış qəpik) təşkil edir. 

Qeyd edək ki, “TİİM” Məhdud Məsuliyyətli Cəmiyyəti 03.06.2011-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil ev 14-dür. Şirkətin qanuni təmsilçisi Manafov İlham Sabir oğludur. /32gun.az/