Peyvənd olunanların sayı açıqlandı

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada 491 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, gün ərzində birinci doza vaksinlərin sayı 84, ikinci doza vaksinlərin sayı 79 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 278-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 50 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 912 185 olub.