Azərbaycanda son sutkada 72 nəfər vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, gün ərzində birinci doza vaksinlərin sayı 10, ikinci doza vaksinlərin sayı 31 təşkil edib.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 24-dür. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 7 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 914 000 olub.












