Peyvənd olunanların sayı açıqlandı

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada 719 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, gün ərzində birinci doza vaksinlərin sayı 196, ikinci doza vaksinlərin sayı 179 təşkil edib. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 285-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 59 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 914 719 olub.