“Sumqayıt Ticarət Mərkəzi’’ Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
NOCOMMENT.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər çıxarılacaq:
1. 2022-cu ildə ASC-nin maliyyə təsərrüfat fəaliyyətinin hesabatı
2. 2022-cu ildə maliyyə təftiş komissiyasın hesabatı
3. Səhmdar Cəmiyyətin İdarə Heyətinə yeni sədrin seçilməsi
İclas 16 iyun 2023 tarixində saat 12:00-da Sumqayıt şəhərı, Sülh küçəsi, Sumqayıt Plazada keçiriləcək.
Qeyd:
Səhmdarlara ödənəcək dividentlər nəğdsiz qaydada aparılacağı üçün bank rekvizitlərinizi “Sumqayıt Ticarət Mərkəzi“ ASC-nin mühasibatlığına təqdim etməyiniz xahiş olunur.
Yığıncaqda bütün Səhmdarların iştirakı vacibdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən Səhmdar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsi ilə həyata keçirir. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır.