Şəhriyar Məmmədyarov Levon Aronyana qalib gəldibackend

Şəhriyar Məmmədyarov Levon Aronyana qalib gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 24-də Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da qatıldıqları “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsinin – “The FTX Crypto Cup” turnirinin altıncı turunun partiyaları oynanılır.

NOCOMMENT.az xəbər verir ki, günün ilk qarşılaşmasında şahmatçılarımız üz-üzə gəliblər. Qarşılaşmada heç-heçə qeydə alınıb. Sonrakı turda Ş.Məmmədyarov ermənistanlı Levon Aronyan ilə qarşılaşıb. Şahmatçımız prinsipial rəqibi üzərində qələbə qazanıb.

Şəhriyar Məmmədyarov növbəti turlarda rusiyalı Yan Nepomnyaşi, ABŞ təmsilçisi Uesli So, fransalı Maksim Vaşye-Laqrav ilə mübarizə aparacaq. T.Rəcəbovun isə növbəti rəqibləri Y.Nepomnyaşi, U.So, M.Vaşye-Laqrav və A.Piçot olacaq.

“The FTX Crypto Cup” turnirinin təsnifat mərhələsində 16 şahmatçı iştirak edir. Üç gün davam edəcək ilkin mərhələnin yekunlarına görə, pley-offda mübarizə aparacaq 8 şahmatçı müəyyənləşəcək.

“Champions Chess Tour” onlayn şahmat seriyası 10 turnirdən ibarətdir.
Teleqraf