Tanınmış jurnalist və televiziya aparıcısı Səidə Bəkirqızının verilişin çəkilişi zamanı halı pisləşib və o, studiyada yıxılıb.
NOCOMMENT.az xəbər verir ki, hadisədən dərhal sonra çəkiliş komandası tərəfindən Təcili Tibbi Yardım briqadası çağırılıb.
Həkimlər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra aparıcı təcili yardım avtomobili ilə “Kəpəz” Klinikasına aparılaraq xəstəxanaya yerləşdirilib. Onun halının pisləşməsinin səbəbi hələlik məlum deyil.
Səidə Bəkirqızının vəziyyəti ilə bağlı ətraflı məlumat yaxın saatlarda açıqlanacaq.












