Şəkər psixi pozğunluqların inkişafına necə təsir edir?backend

Şəkər psixi pozğunluqların inkişafına necə təsir edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çoxlu şəkər qəbulunun psixi xəstəliklər üçün risk faktoru olduğu sübut edilib.

NOCOMMENT.az-ın xarici mediaya istinadla məlumatına görə, xəstə nə qədər çox şəkər qəbul edərsə, əlamətlər bir o qədər şiddətlənir. Yeniyetmələr isə bu risklərə daha çox həssasdırlar.

Yaponiya alimləri yeniyetmələrin istehlak etdikləri şəkərin miqdarını təhlil ediblər. Nəticədə müəyyənləşdiriblər ki, psixi pozğunluqları inkişaf edən yeniyetmələr digər əhali qruplarına nisbətən daha çox şəkər istehlak edirlər.

Bir araşdırma, psixi sağlamlıq problemi olan xəstələrin sağlam insanlardan təxminən 2,5 dəfə daha çox şəkər qəbul etdiyini göstərib. Üstəlik, məsələn, şizofreniya xəstələri nə qədər çox şəkər istehlak edirlərsə, onların pozğunluğunun əlamətləri bir o qədər şiddətlənir.

Bu əlaqənin səbəbi genlərdə ola bilər. Bunu yoxlamaq üçün alimlər psixi pozğunluqlar üçün geni olan siçanları götürüblər. Heyvanlar “yetkinlik” yaş meyarına uyğun gələndə, şəkərlə çox qidalandırılıblar. Nəticədə onlarda psixi pozğunluqların müxtəlif əlamətləri yaranıb: yaddaş itkisi, hiperaktivlik, anormal elektroensefaloqramma göstəriciləri və s.

Həmçinin, siçanlarda kiçik beyin damarlarının zədələnməsi (serebral mikrovaskulyar angiopatiya) aşkar edilib – bu, koqnitiv pozğunluqların və damar demensiyasının (ağılsızlığın) inkişafında əsas amildir. Oxşar pozğunluqlar şizofreniya və bipolyar pozğunluğu olan xəstələrdə də müşahidə olunur.

Eyni zamanda, qeyri-steroid antiinflamatuar preparatlar bu patologiyaların inkişafının qarşısını almağa kömək edir, bu da beyindəki qan damarlarının məhv edilməsini deyil, həm də bəzi psixiatrik əlamətləri dayandırır. /lent.az