Şəkər üç növ xərçəngə səbəb ola bilərbackend

Şəkər üç növ xərçəngə səbəb ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı onkoloqlar şəkərin ölümcül təhlükəsinin olduğunu bildiriblər.

NOCOMMENT.az xəbər verir ki, Kalifornaiya Universitetinin alimləri şəkərin insan sağlamlığının ən böyük düşməni olduğunu söyləyiblər.

Diabet, yüksək təzyiq, qaraciyər xəstəliyi və piylənməyə səbəb olan şəkərin həmçinin onkoloji xəstəliklərə şərait yaratdığı məlum olub.

Tədqiqatçılar şəkərin üç növ xərçəngə – uşaqlıq, döş və yoğun bağırsaq xərçənginə səbəb olduğunu açıqlayıblar. Məhz buna görə də həkimlər şəkərdən az miqdarda istifadə etməyi məsləhət görürlər.