Şəkər xəstələri bu meyvədən mütləq yeməlidirbackend

Şəkər xəstələri bu meyvədən mütləq yeməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Payız-qış fəslinin ən sevilən meyvələrindən biri də əzgildir. Gec yetişən, kal halda boğucu olan meyvə, qışa kimi, hətta qışda da yeyilir.

NOCOMMENT.az Axar.az-a istinadən xəbər verir ki, əzgil kalsium, dəmir, fosfor, potasium tərkibi ilə yanaşı askorbin turşusu ilə zəngin olması baxımından orqanizm üçün çox faydalıdır.

Sərinlədici təsiri ilə bədənə təravət bəxş edir. Antioksidant xüsusiyyəti sayəsində bu meyvə bədəndəki zərərli toksinləri kənarlaşdıraraq böyrəkləri də təmizləyir. Əzgil immuniteti gücləndirən, viruslarla mübarizə aparan, tənəffüs sistemini qoruyan meyvə sayılır. Orqanizm üçün çox faydalı olan liflərlə zəngindir. Qanda yaxşı və pis xolesterin səviyyəsini nizamlayır. Böyrəklərin və qaraciyərin fəaliyyətinə çox müsbət təsir edir. Yüksək antioksidant ifrazı sayəsində əzgil xərçəng, katarakta, şəkərli diabet kimi xəstəliklərdən qorunmağa kömək edir. Şəkər xəstələri bu şəfalı meyvədən mütləq istifadə etməlidir.

Məlumatlara görə, gündə 7 ədəd əzgil yemək beyin hüceyrlərini yaddaş itkisindən, bir sıra nevroloji xəstəliklərdən qoruyur. Əzgil siropu öskürəyin dərmanıdır. Əzgil çayı isə bəlğəmgətirici kimi qəbul olunur. Əzgil yarpaqlarından hazırlanan çay immuniteti və bədəni gücləndirir, ağciyər, ağız və bağırsaq xərçənginin qarşısını almaq üçün istifadə olunur. Həmçinin əzgil yarpağı qaraciyərə də kömək edir. Onu zəhərli maddələrdən qoruyur. Sakitləşdirici təsir göstərir, dəri xərçənginin qarşısını alır.

Depressiyaya kömək etməsi də əzgilin faydaları arasındadır. Qusma, mədə bulantısını da aradan qaldırır. Buna görə hamilə qadınlar bu meyvədən rahatlıqla yeyə bilərlər. Bu faydalı meyvə hamilələrdə erkən doğumun qarşısını alır. Əzgil arıqlamağa kömək edir. Ağrıları yüngülləşdirmə xüsusiyyəti var, xüsusən bel ağrılarını götürür.