“Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs IT avadanlıqlarının satın alınması üzrə tender elan etmişdi.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, müsabiqə təchizatçıların sayı üçdən az olduğu üçün (36.1.1-ci bənd) ləğv olunub.
Satınalmanın ehtimal olunan qiyməti 8 min 112,5 manat təşkil edirdi.
Qeyd olunur ki, xəstəxanaya hazırda Məcid Əliyev rəhbərlik edir, o, 2022-ci ildə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə direktor təyin olunmuşdu.
Bundan öncə də xəstəxananın bir neçə tenderi baş tutmamışdı.