Evdə çatlar əmələ gəlib, tavan hissəsi tökülməyə başlayıb.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, Şəkinin Zunud kəndində Tehran İsayevə məxsus 2 mərtəbəli 5 otaqdan ibarət olan ev təxminən 10 il əvvəl zəlzələdən sonra qəzalı vəziyyətə düşüb. Ailə üzvləri bildirir ki, bu müddətdə ev ilə bağlı heç bir köməklik olunmayıb. Halbuki evin qəzalı vəziyyətə düşməsi aidiyyəti orqanlar tərəfindən qeydə alınıb.
Məsələ ilə bağlı Şəki rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, 2015 ci ilin 4 sentyabrında baş vermiş zəlzələ nəticəsində vətəndaşlara dəyən ziyanların müəyyən olunması üçün müvafiq komisiya yaradılıb və bütün evlərə, o cümlədən Tehran İsayevin də evinə baxış keçirilib. Qəzalı evlər siyahısına həmin ev də daxil olub. Bir qrup ailəyə Şəki rayon İcra Hakimiyyəti tərəfindən müvafiq yardım olub və vətəndaş özü evini təmir etdirib. İsayevlər isə bundan imtina ediblər. Komissiya üzvlərinin rəyi və ev sahiblərinin istəyi ilə 34 evin dövlət tərəfindən yenidən tikilməsi və 90 evin əsaslı bərpası nəzərdə tutulub ki, sözügedən ev də həmin 90 evin siyahısındadır. Aidiyyəti qurumlara bu haqda müvafiq müraciətlər olunub. Maddi vəsait ayrıldıqda tikinti və bərpa işləri həyata keçiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.