Şəkidə qədim qəbiristanlıqda qəbirlər qazılıb.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, rayon sakini Mehdi Əsgərov iddia edir ki, yaşı 300 idən çox olan Sona qəbristanlığının qədim hissəsinə bələd insanlar qəbirləri zinət əşyası axtarılması məqsədilə dağıdıblar. Ərazidə sümüklər üzə çıxıb.
Məsələ ilə bağlı aidiyyəti üzrə müraciət edilib. Qafqaz müsəlmanlar idarəsinin bölgə qazisi məsələ ilə əlaqədar bildirdi ki, qəbirlərin açılması şəriətlə düzgün düyil və yerləşdiyi əraziyə cavadeh qrum tərəfindən qorunur.
Dövlət Turizm Agetliyindən “Xəzər Xəbər”ə bildirildi ki, Yuxarıbaş Tarix Memarlıq qoruğu ərazisində yerləşən Sona qəbristanlığındakı qəbirlərin tamlığının pozulması ilə bağlı törədilən əməl hüquqi məsuliyyət yaradır.
Bununla bağlı hüquq-mühafizə orqanlarına Qoruq tərəfindən müraciət olunub, araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













