Şəkidə avtomobil aşıb.
NOCOMMENT.az-ın bölgə müxbiri xəbər verir ki, qəza hadisəsi rayonunun Cəyirli kəndi ərazisində baş verib.
36 yaşlı Firqət Haşımovun idarə etdiyi “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Nəticədə nəqliyyat vasitəsində olan bir neçə nəfər xəsarət alıb.













