Şəkidə DSX-nın qarajında yanğın olub – YENİLƏNİBbackend

Şəkidə DSX-nın qarajında yanğın olub – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəki şəhərində ümumi sahəsi 250 m² olan 4 boksdan ibarət qarajın içərisində dayanan “УАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Ətraflı
Ad – 00:23
Qaraj yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

08.12

Dövlət Sərhəd Xidmətinin (DSX) texniki təmir parkında yanğın olub.

NOCOMMENT.az xəbər verir ki, avqustun 15-dən 16-a keçən gecə DSX-nın Şəki Sərhəd Dəstəsinin Şəki şəhərində yerləşən Texniki Təmir parkının ərazisində yerləşən qarajın içərisində dayanmış “UAZ” markalı minik avtomobilində yanğın olub.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.

Yanğın qısa müddət ərazində məhdudlaşdırılaraq ətrafa yayılmasının qarşısı alınıb. Yanğın nəticəsində minik avtomobilinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.