Şəkidə ərə verilən az yaşlı qızın toyunun QARŞISI ALINDI – RƏSMİbackend

Şəkidə ərə verilən az yaşlı qızın toyunun QARŞISI ALINDI – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəkinin Kiçik Dəhnə kəndində 16 yaşlı qızın zorla ərə verilməsini xəbər vermişdik. Azyaşlı Zeynəb Umar qızı Məmmədova ilə aprel ayında hərbi xidmətini başa vurmuş kənd sakini Sərxan Rüstəmovun bu gün toy mərasimi baş tutmalı idi. 

Şəki Şəhər Polis Şöbəsinin müdaxiləsi ilə toy mərasiminin qarşısı alınıb.

Bu barədə NOCOMMENT.aza DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov məluat verib. Onun sözlərinə görə tərəflərin valideynləri ilə profilaktik söhbətlər aparılıb və polisin də müdaxiləsi ilə mərasimin keçirilməsinin qarşısı alınıb:
“Hazırda həmin faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır”, – deyə Mahir Mənsimov qeyd edib.

Xatırladaq ki, ərə verilən Zeynəb Məmmədova Kiçik Dəhnə kənd 2 saylı orta məktəbin 10-cu sinfində təhsil alır.