Şəkidə minik avtomobilləri toqquşub.
NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, hadisə günorta saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki şəhəri ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, “VAZ-21010” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Onlar Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.