Səhər saatlarında şəhər ərazisində hərəkətdə olan minik avtomobillərinin toqquşması nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.
NOCOMMENT.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi şəhərin M. F.Axundov küçəsində qeydə alınıb. Belə ki, “VAZ-2106” markalı avtomobillə “Opel” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində bir nəfər yüngül xəsarət alıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq ona ilkin tibbi yardım göstərilib. Şəki Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, Təcili tibbi yardım şöbəsinə 1997-ci il təvəllüdlü şəxs (kişi) hospitalizasiya olunub.
Hər iki əlüstü nahiyəsinin sıyrlmış yaraları, sağ diz nahiyəsinin səthi travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Müvafiq şöbədə müalicəsi davam etdirilən şəxsin vəziyyəti stabildir.
Faktla bağlı araşdırma aparılır.













