Şəkidə narkobaron saxlanılıb – FOTObackend

Şəkidə narkobaron saxlanılıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

Nazim Abdullayev

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan NOCOMMENT.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki rayonunun Baş Göynük kənd sakini Nazim Abdullayev saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən, yaş halda ümumi çəkisi 25 kiloqram olan 301 ədəd narkotik tərkibli çətənə bitkisi, eləcə də 23 ədəd sellofan torbada satış məqsədilə saxladığı 4 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb. Saxlanılan şəxs N.Abdullayev ifadəsində narkotik tərkibli bitkiləri mart ayında əkdiyini, xüsusi qulluq göstərdiyini və qurutduqdan sonra satmaq məqsədində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Report