Şəkidə qəza baş verib, sürücü ağır yaralanıb.
NOCOMMENT.az -ın bölgə müxbiri xəbər verir ki, qəza rayonun Biləcik kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Qax sakini 1987-ci il təvəllüdlü Anar Ələkbərov idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olarkən yoldan çıxaraq aşıb. Nəticədə o, xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qəza zamanı Biləcik kəndini təbii qazla təmin edən qaz xətti də zədələnib. Kəndə qazın verilişi dayandırılıb.













