Bakıda səkidə qoyulmuş elektrik dirəyi və dəmir boru piyadaların keçidinə maneə yaradır.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət Atatürk prospektindən, “Gənclik” metrostansiyasından üzü Ayna Sultanova istiqamətində maşınların sürətlə hərəkət etdiyi yoldan gedir.
Problemdən narazı olan təkcə piyadalar deyil, sürücülər də qəza riskindən narahatdırlar.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, bu problemin onlara heç bir aidiyyəti yoxdur.
Sakinlər isə hansısa hadisə baş verməmiş problemin həll olunmasını istəyirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.