Şəkidəki kütləvi zəhərlənmə ilə bağlı AÇIQLAMAbackend

Şəkidəki kütləvi zəhərlənmə ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi Şəkinin Yeni Çələbixan qəsəbəsində sakinlər arasında baş verən mənşəyi məlum olmayan kütləvi xəstəliklə bağlı məsələyə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov NOCOMMENT-ə bildirib ki, müvafiq qurumlar qəsəbədə olub, analiz üçün müvafiq nümunələr götürülüb:

“Dünən axşam saatlarından başlayaraq Şəki rayonunun Yeni Çələbixan qəsəbəsində yaşayan bir qrup sakin, qızdırma, ishal və qusma əlamətləri ilə xəstəxanaya müraciət edib. Həkimlər tərəfindən onlara tibbi yardım göstərilib və evə buraxılıblar. Məsələ ilə bağlı Rayon Polis Şöbəsi, prokurorluq və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları həmin qəsəbədə olublar. Müvafiq nümunələr götürülüb və ekspertizaya təqdim edilib. Hazırda faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır”.