Şəkidəki kütləvi zəhərlənmə ilə bağlı Azərsu-dan AÇIQLAMAbackend

Şəkidəki kütləvi zəhərlənmə ilə bağlı Azərsu-dan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Şəkinin Yeni Çələbixan qəsəbəsində sakinlərin sudan zəhərlənməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

NOCOMMENT xəbər verir ki, ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, artıq sudan götürülən nümunələrin nəticələri açıqlanıb: “Qəsəbə sakinləri Şəki şəhər abonentləri ilə eyni mənbədən su alırlar. Suyun həm fiziki-kimyəvi, həm də mikrobioloji göstəriciləri standartlar çərçivəsindədir. Yəni heç bir kənarlaşma müşahidə olunmayıb”.