Şəkil çəkdirmək üçün qəfəsə girən ailəyə aslan hücum edibbackend

Şəkil çəkdirmək üçün qəfəsə girən ailəyə aslan hücum edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Antalyanın Manavqat rayonunda zooparkda şəkil çəkdirmək üçün aslan qəfəsinə girən ailəyə şir hücum edib.

NOCOMMENT xəbər verir ki, aslanın caynağına dəyən 4 yaşlı A.A-nın baş dərisi qırılıb.
Antalyanın Manavqat rayonunda oğlu A.A-nı özləri ilə aparan ana D.A. və ata T.A mayın 13-də xüsusi zooparka gediblər. Zooparkda vaxt keçirən ailə bir müddət qəfəsdə yatan şirə tamaşa edib.

İddialara görə, A.A-nın həmin vaxt qəfəsin yanında olan dayısı saxladığı aslanların aqressiv olmadığını, selfi çəkə biləcəklərini deyib. Daha sonra ailə şirlə selfi çəkmək üçün qəfəsə girib. Ailə qəfəsə girən zaman yatdığı yerdən sürətlə ayağa qalxan şir A.A-ya hücum edib.