Sel sularının ziyan vurduğu Xaçmaz və Xızıda qəzalı vəziyyətdə olan fərdi yaşayış evləri yenidən tikilirbackend

Sel sularının ziyan vurduğu Xaçmaz və Xızıda qəzalı vəziyyətdə olan fərdi yaşayış evləri yenidən tikilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Respublika ərazisində 15-16 avqust 2025-ci il tarixlərində baş vermiş intensiv yağışlar nəticəsində yaranmış sel sularının ziyan vurduğu Xaçmaz və Xızı rayonlarında qəzalı vəziyyətdə olan fərdi yaşayış evlərinin tikintisinə 1 843 803 AZN sərf olunacaq.

NOCOMMENT.az-ın xəbərinə görə, xidməti “İnnova İnşaat”MMC göstərəcək.

Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdiriyyəti və MMC arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

Qurumun “Creat Company” MMC ilə də 60.770 AZN-lik müqavilə eyni qayda ilə bağlanıb. MMC Ağsu rayonunun Xatman kəndi ərazisində yeni salınmış 25 ədəd fərdi yaşayış evləri massivində yerləşən məhəllələrarası asfalt yolun bərpasının layihə-smeta sənədlərini hazırlayacaq.\\Pravda.az