Sel və daşqınlar İsveçrə ilə İtaliyanı vurdubackend

Sel və daşqınlar İsveçrə ilə İtaliyanı vurdu 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrədə və İtaliyanın şimalında baş verən güclü fırtına özü ilə sel gətirib. Bu da həmin ərazilərdə torpaq sürüşmələrinə səbəb olub.

NOCOMMENT.az “Euronews”a istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 4 nəfər həyatını itirib.

Rəsmilərin yaydığı məlumata əsasən, əvvəl Alp dağlarının cənubunda yer alan İsveçrənin Ticino bölgəsində 3 nəfərin cansız bədəni aşkarlanıb.

Güclü yağışlar İsveçrənin cənub və qərbini də vurub. Lavizzara bölgəsində kamp ərziləri boşaldılıb.

Elektrik xətləri qırılıb və körpülər çöküb.

Ərazidə bir sakinin axtarışları isə davam etdirilib. Daha sonra onun cəsədi tapılıb.

Sel, fırtına və torpaq sürüşmələrinə görə ərazidən xeyli sakin təxliyə edilib.

Həmin bölgələrə 80-ə yaxın axtarış-xilasetmə qrupları cəlb edilib. 3 aylıq körpənin ailəsi ilə birlikdə selə tutlduğu və avtomobilin içində qaldığı deyilib. Onu xilas etmək mümkün olub.