Səlcuq Bayraktar “MiQ-29”la Bakı səmasındabackend

Səlcuq Bayraktar “MiQ-29”la Bakı səmasında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“TEKNOFEST” İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Səlcuq Bayraktar Azərbaycan səmalarında ilk dəfə döyüş təyyarəsi idarə edib.

NOCOMMENT xəbər verir ki, bu barədə Səlcuq Bayraktar “Facebook” hesabında yazıb.

“İlk dəfə bir döyüş təyyarəsi ilə uçmaq Can Azərbaycan səmalarında nəsib oldu”, – deyə S.Bayraktar bildirib.

S.Bayraktar Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-29” qırıcı təyyarəsi ilə azərbaycanlı pilot, polkovnik Zaur Rüstəmovla birlikdə “Akıncı” pilotsuz uçuş aparatı ilə yanaşı uçuş icra edib:

“MiQ-29” ilə “Akıncı”nın qolunda “TEKNOFEST” üçün Bakı üzərində uçmaq hissi tərifolunmazdır”.