Səlcuq Bayraqdar: Azərbaycanda helikopter qəzası ürəyimizi parçaladıbackend

Səlcuq Bayraqdar: Azərbaycanda helikopter qəzası ürəyimizi parçaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünən Azərbaycanda baş verən helikopter qəzası ürəyimizi parçaladı. Can Azərbaycanın dərdini ürəkdən paylaşırıq”.

NOCOMMENT xəbər verir ki, bunu Türkiyənin “Baykar Makina” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar özünün tviter səhifəsində yazıb.

“Şəhid olan qəhrəman hərbçilərimizin ruhu şad, məkanı cənnət olsun. Yaralılarımızın tezliklə sağalmasını arzulayıram.

Türk millətinin başı sağ olsun”, – deyə Səlcuq Bayraqdar sosial şəbəkə hesabında qeyd edib.

Qeyd edək ki, dünən Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfər yaralanıb, 14 nəfər həlak olub. Faktla bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.