Selfi çəkməyin ölümcül təhlükəsi açıqlanıbbackend

Selfi çəkməyin ölümcül təhlükəsi açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm adamları selfinin və fotoaparatla şəkil çəkməyin ölümcül təhlükələrini açıqlayıblar. Bildirilir ki, hər il şəkil çəkmək uğrunda təhlükəsizliklərini düşünməyən fotoqrafların sayı durmadan artır.

NOCOMMENT.az xəbər verir ki, araşdırmalara görə hər il orta hesabla 43 nəfər riskli fotoşəkillər çəkmək üçün həyatını itirir. Qurbanlar daha çox yüksəklikdən düşmə və boğulma təhlükələri ilə qarşılaşır.

Bildirilir ki, Dünyanın müxtəlif ölkələrində 259 nəfər selfi çəkmək üçün həyatını itirib. Həyatını itirənlərin çoxu 20-29 yaş arasında olduğu məlum olub.

Baş verən faciəli ölüm hallarının başlıca səbəbi isə sonunu düşünmədən təhlükəli yerlərdən şəkil çəkmək istəyidir.