Səlim Müslümovun məhkəməsində prokuror vaxt istədibackend

Səlim Müslümovun məhkəməsində prokuror vaxt istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin vəkilləri iş üzrə hər hansı bir vəsatətlərinin olmadığını bildiriblər.

Məhkəmədə bildirilib ki, istintaqda ümumilikdə 27 milyon mənimsəmə və israfetmə faktı qeydə alınıb. Cinayət işində adı keçən bəzi fərdi tikinti işləri ilə məşğul olan şirkətlər iş görən zaman mənimsəmə hallarına yol veriblər. Ümumilikdə 7 milyon mənimsəyiblər. Bununla bağlı istintaq orqanı tərəfindən ayrıca iş açılıb. Həmin istintaq zamanı bu günə qədər dövlətə dəymiş ziyanın 1 milyon 500 min manat təşkil edən hissəsi ödənilib.

Səlim Müslümov isə özü tərəfindən dövlətə dəymiş bütün ziyanı – 20 milyonu ödəyib. Prosesdə dövlət ittihamçısı istintaqın yekunlaşdırılmasına dair fikirlərini bildirmək üçün məhkəmədən vaxt istəyib. Məhkəmənin növbəti iclası yanvarın 23-nə təyin edilib.

Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Daha sonra onun səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb.