Şəmkir sakinindən silah götürüldübackend

Şəmkir sakinindən silah götürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan NOCOMMENT-ə verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini, 43 yaşlı Ceyhun Ələkbərova məxsus rayon ərazisindəki evə baxış keçirilib.

Oradan yataq otağındakı seyfin içərisindən atəşə yararlı “TK” modelli “Korovin” konstruksiyalı tapança və həmin tapançaya məxsus 2 patron aşkar edilərək götürülüb.

Silahın hər-hansı bir cinayətdə istifadə olunub-olunmaması öyrənilmək üçün ekspertizaya göndərilib.

Faktla bağlı Şəmkir RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 228-ci maddəsi (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ilə cinayət işi başlanılıb, araşdırma aparılır.