Şəmkir sakinindən silah və narkotik götürüldü – Videobackend

Şəmkir sakinindən silah və narkotik götürüldü – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Ziya Həsənov saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan NOCOMMENT.az-a verilən məlumata görə, şöbədə şübhəli şəxsin üzərindən 1 ədəd atəşə yararlı “Revolver” tipli tapança və 14 ədəd 7.62 mm-lik patron aşkar edilərək götürülüb. Bundan başqa saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində yaşadığı evin zirzəmisindən 440 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub.

Qeyd edək ki, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları 2022-ci ilin yanvar ayının müvafiq dövrü ərzində qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 25 ədəd odlu silah aşkar edilərək götürülüb.

Bundan başqa polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində üzərindən narkotik vasitə olan metamfetamin aşkar edilən Cəmil Abbasovun rayon ərazisində 3 oğurluq hadisəsi törətməsini müəyyən edib. Rayon sakininə məxsus avtomobildən 320 manat dəyərində oğurluq edən şübhəli şəxs daha sonra metal qəbulu məntəqlərindən oğurladığı ümumi dəyəri 600 manat olan əlvan metalı elə həmin məntəqələrə satıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.