Şəmkir rayonunda kütləvi bıçaqlanma hadisəsi baş verib.
NOCOMMENT.az-ın Report-a istinadən məlumatına görə, mübahisə zəminində üç nəfər bıçaq xəsarəti alıb.
Onlar xəstəxanaya çatdırılıb, lakin yaralılardan birinin öldüyü məlum olub.
Digərləri cərrahiyyə əməliyyatına alınıblar.
Faktla bağlı araşdırma aparılır.
***
Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib.
Məlumata görə, Şəmkir şəhər sakini, 1995-ci il təvəllüdlü A.Süleymanov aldığı bıçaq xəsarətlərindən dünyasını dəyişib.
Digər iki yaralı 1986-cı il təvəllüdlü T.Gözəlov və 1991-ci il təvəllüdlü X.Məmmədov isə əməliyyat olunublar. Onların vəziyyətinin ağır olduğu bildirilir.
***
Şəmkir şəhərində törədilən qətlin bəzi təfərrüatları məlum olub.
Məlumata görə, Xudat Məmmədovla Anar Süleymanov arasında mübahisə yaşanıb. Bu zaman hər ikisi bir-birinə bıçaqla xəsarət yetirib.
Nəticədə sonuncu aldığı xəsarətdən dünyasını dəyişib. Hadisə yerində olan Tural Gözəlov da bıçaq yarası alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Hadisənin şəxsi münasibətlər zəminində törədildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.