Şəmkirdə ev yandıbackend

Şəmkirdə ev yandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkirdə 3 otaqlı ev yanıb.

NOCOMMENT.az-ın məlumatına görə, hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb. Kənd sakininə məxsus ümumi sahəsi 110 kv/m olan 1 mərtəbəli evdə anidən yanğın başlayıb.

Hadisə yerinə FHN-nin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı evin yanar konstruksiyaları əşyaları ilə birlikdə yanıb.

Baş vermiş hadisənin səbəbləri araşdırılır.\\“Unikal”