Şəmkirdə göldə batan 3 azyaşlının meyiti tapılıb – YENİLƏNİBbackend

Şəmkirdə göldə batan 3 azyaşlının meyiti tapılıb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkirdə göldə batan 3 azyaşlının meyiti tapılıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, meyiti tapılanlar 2018-ci il təvəllüdlü R. Nadirli, 2016-cı il təvəllüdlü F. Nadirli və 2021-ci il təvəllüdlü İ. Nadirlidir.

 

***

18:35

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonunun Qədimqala kəndində 3 nəfərin (uşaq) göldə batması barədə məlumat daxil olub.

FHN-dən NOCOMMENT.az-a verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

***

18.04

Şəmkir rayonunda 3 nəfər göldə batıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə Şəmkirçayın Təzəkənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Qədimqala kənd sakinləri -c 2018-ci il təvəllüdlü R.Nadirli, 2021-ci il təvəllüdlü N.İsmayıl və 2016-cı il təvəllüdlü F. Nadirlinin göldə batdığı ehtimal olunur.

Əraziyə FHN əməkdaşları cəlb olunub.