Şəmkirdə məmur saxlanılıbbackend

Şəmkirdə məmur saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Prokurorluq Şəmkirdə məmurun həbsi xəbərinə aydınlıq gətirib.

Baş Prokurorluqdan NOCOMMENT-ə bildirilib ki, martın 4-də rayonun Kür Qəsəbə Mənzil İstismar Sahəsində (MİS) kargüzar işləyən Aliyə Kazımovanın həmin MİS-in rəisi Vazeh Vəliyev tərəfindən döyülməsi və V.Vəliyevin iş yerində daim münaqişə yaratması ilə bağlı müraciətləri əsasında rayon Prokurorluğunda araşdırma aparılıb:

“Aşdırmalarla V.Vəliyevin vəzifə səlahiyyətlərini aşaraq tabeçiliyində işləyən kargüzar A.Kazımoya zor tətbiq etməklə sonuncuya xəsarət yetirməsi faktına görə barəsində Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə cinayət işi başlanıb. V.Vəliyev şübhəli şəxs qismində tutulub”.