Şəmkirdə qadın bədbəxt hadisə nəticəsində ölübbackend

Şəmkirdə qadın bədbəxt hadisə nəticəsində ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkirin Şeyidlər kəndində yerli sakin ehtiyatsızlıqdan hovuza düşərək ölüb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, hadisə kəndin məktəbində qeydə alınıb.

Orada işçi olaraq çalışan 40 yaşlı Uğuzova İradə Oruc qızı məktəbin hovuzundan su götürən zaman ehtiyatsızlıqdan ora yıxılıb.

Qadın boğularaq ölüb.

Qeyd edək ki, mərhum ailəli olub, 2 qızı var. Qadın məktəbdə ocaqçı olaraq çalışırmış.

Faktla bağlı araşdırma aparılır.