Şəmkirdə valyutadəyişmə məntəqəsinə qumbara atıldı – Xəsarət alanlar varbackend

Şəmkirdə valyutadəyişmə məntəqəsinə qumbara atıldı – Xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkir şəhəri ərazisində fəaliyyət göstərən valyutadəyişmə məntəqələrinin birində partlayış olub.

NOCOMMENT.az xəbər verir ki, hadisə nəticəsində 1972-ci il təvəllüdlü Nəsib Heydərov və 1990-cı il təvəllüdlü Binnət Qarayev xəsarət alıb.

Onların hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisənin valyutadəyişmə məntəqəsinə qumbara atılması nəticəsində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

publika.az