Şəmkirdə minik maşını yanıb.
NOCOMMENT.az-ın yerli bürosunun məlumatına görə, hadisə rayonun Seyfəli kəndində baş verib.
Hərəkətdə olan VAZ 2106 markalı minik maşınında yanğın başlayıb. Dərhal əraziyə FHN yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.
Yanğın söndürülüb, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisənin baş vermə səbəbləri araşdırılır.